BAKI, 10 oktyabr. TELEQRAF
Rusiya yaxın vaxtlarda yeni silah sisteminin mövcudluğu barədə açıqlama verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, silah üzərində aparılan sınaqlar uğurla davam edir:
"Yaxın zamanda əvvəllər elan etdiyimiz yeni silah barədə məlumat veriləcək. Sınaqlar uğurla aparılır".
O əlavə edib ki, Rusiya dəniz, hava və qitələrarası silah sistemləri sahəsində yüksək texnoloji səviyyəyə malikdir və nüvə silahlarının yenilənməsi istiqamətində fəal iş aparılır.