Bakı.Trend:
Bakıda burun əməliyyatından sonra komaya düşən NəzrinMansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah SənanMehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbərverir ki, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə hökmoxunub.
Hökmə əsasən, təqsirləndirilən Sənan Mehdiyev 2 il müddətəazadlıqdan məhrum edilib.
O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü NəzrinMansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskinağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktıüzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işininistintaqı tamamlanıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-dəNəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatınıqüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasınaəsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olansəhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işibaxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.