AZ

Qiyməti ucuz, faydası çox – Bu mövsümdə mütləq yeyilməlidir

Oktyabr ayı üzümün ən bol və ən dadlı vaxtıdır. Hazırda bazarlarda və marketlərdə həm ağ, həm qara növləri münasib qiymətlərlə satılır. Həm ləzzəti, həm də sağlamlığa olan faydaları ilə seçilən bu meyvə haqqında mütəxəssislər maraqlı məlumatlar paylaşırlar.

Yenisabah.az xəbər verir ki, üzüm təkcə enerji mənbəyi deyil, həm də orqanizmdə bir çox prosesi tənzimləyir. Onun tərkibində A, C, K, B qrup vitaminləri, dəmir, kalsium, maqnezium və antioksidantlar var. Bu maddələr immun sistemini gücləndirir, damarları möhkəmləndirir, ürək-damar xəstəliklərinin qarşısını alır.

Üzüm həmçinin təbii detoks effekti yaradır – orqanizmdən toksinləri çıxarır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, dərini gözəlləşdirir. Xüsusilə qara üzümün tərkibindəki “resveratrol” adlı maddə xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaqda mühüm rol oynayır. Marqarita pizza

Bununla belə, üzüm hər kəs üçün uyğun deyil. Mütəxəssislər bildirirlər ki, şəkərli diabeti olan şəxslər, mədə-bağırsaq problemləri yaşayanlar və artıq çəkidən əziyyət çəkənlər bu meyvəni ehtiyatla qəbul etməlidirlər. Çünki üzümün tərkibində təbii şəkərin miqdarı yüksəkdir və bu da qan şəkərini sürətlə artıra bilər.

Dietoloqların məsləhətinə görə, sağlam insanlar üçün gündə 200-300 qram üzüm kifayətdir. Onu səhər və ya günorta saatlarında yemək daha faydalıdır.

Hazırda mövsümün ən təravətli meyvələrindən biri olan üzüm həm təbii enerji verir, həm də payız yorğunluğunu aradan qaldırmaq üçün ideal seçim sayılır.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
21
1
yenisabah.az

2Mənbələr