AZ

Qabriel Attal: “Makron xəsislik etmə”

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Fransanın keçmiş baş naziri və “İntibah” partiyasının lideri Qabriel Attal “France 2” telekanlının efirində belə çağırış edib. “Hakimiyyəti bölüşmək və hər şeyi idarə etmək üçün inadkar bir istək görüntüsü yaratmamaq lazımdır. Yeni baş nazirin adını açıqlamazdan əvvəl siyasi partiyalar öz aralarında razılığa gəlməlidirlər, əks halda Fransa daha bir baş nazirin istefası ilə üzləşəcək”, - siyasətçi vurğulayıb.

Fransızlar Makronun “siyasi teatr”ından bezib

Daha əvvəl Fransa prezidentinin oktyabrın 10-u axşam saatlarında ölkənin yeni baş nazirinin adını açıqlayacağı bildirilmişdi. Yeni baş nazir kabineti formalaşdıra bilməsə, Makron ya parlament seçkiləri, ya əlavə baş nazir təyin etmək, ya da ki, istefa vermək məcburiyyətində qalacaq. Xatırladaq ki, İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində dərc edilən məqalədə Emmanuel Makronun siyasi lider kimi özünü tükəndirdiyi və vəzifədən getməli olduğu vurğulanır. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azvision.az

2Mənbələr