AZ

Pakistandan “Taliban”a AĞIR ZƏRBƏ: Yeni müharibə başlayır?

Pakistan ordusu bəyan edib ki, Əfqanıstan sərhədi yaxınlığında, Orakzay rayonunda 7 oktyabrda hərbi karvana edilən hücumla əlaqəli 30 silahlının məhv edildiyi əməliyyat keçirilib.

KONKRET.az xəbər verir ki, həmin hücum nəticəsində 9 əsgər və 2 zabit həlak olub.

Hücuma görə məsuliyyəti Pakistanda hökuməti devirmək uğrunda mübarizə aparan “Təhrik-e Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.

Pakistan Hindistanı silahlıları maliyyələşdirməkdə ittiham edir və bildirir ki, terrorçular hücumlara hazırlaşmaq üçün Əfqanıstan ərazisindən istifadə edirlər. Yeni Dehli və Kabul isə bu iddiaları rədd edir.

Ordunun bəyanatı Kabildə partlayış səslərinin eşidilməsindən bir neçə saat sonra və Əfqanıstanın “Taliban” administrasiyasının xarici işlər naziri Amir Xan Muttəqinin Hindistana səfəri zamanı, yəni “Taliban” hakimiyyətə gələndən bəri bu ölkəyə edilən ilk yüksək səviyyəli səfər ərəfəsində səsləndirilib.

“Taliban” administrasiyası cümə axşamı Kabildə baş vermiş bir partlayışı təsdiqləyib, lakin ölənlərin olmadığını və hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
2
1
konkret.az

2Mənbələr