Daha əvvəl İsraildə saxlanılan 21 ölkədən olan 90 - dan çox Sumud donanmasının fəalı Türk Hava Yollarının xüsusi reysi ilə İordaniyadan Türkiyəyə aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Habertürk" televiziyası məlumat yayıb.
Bildirilir ki, Türkiyəyə 18-i Türkiyə vətəndaşı, 76-sı isə əcnəbi olmaqla ümumilikdə 94 fəal gəlib. Türkiyə daha əvvəl İsrail tərəfindən donanma missiyasında iştirak etdiyi üçün saxlanılan təxminən 120 vətəndaşını digər ölkələrin nümayəndələri ilə birlikdə vətənə qaytarmışdı.