AZ

Bəzən demensiyanın xarici əlamətləri yaddaş problemlərindən daha əvvəl üzəçıxır

Terapevt Yohannes Uys hesab edir ki, bəzən demensiyanın xarici əlamətləri yaddaş problemlərindən daha əvvəl üzə çıxır.

Redaktor.az xəbər verir ki, o, bu haqda "Daily Mirror" nəşrinə danışıb.

Həkimin sözlərinə görə, bəzi demensiya formalarında əvvəlcə insanın hərəkət funksiyaları zəifləyir, halbuki zehni qabiliyyətlər uzun müddət normal qalır. Buna görə də o, yaşlı insanların yalnız yaddaşına və davranışına deyil, həm də onların hərəkətinə diqqət yetirməyə çağırıb.

Uys qeyd edib ki, əgər insanın yerişi qeyri-sabitləşirsə, hərəkət koordinasiyasında çətinliklər, səliqəsizlik, əzələlərdə titrəmə və ya sərtlik yaranırsa, dərhal həkim müayinəsindən keçmək lazımdır. Bu əlamətlər Parkinson xəstəliyi və ya digər neyrodegenerativ pozğunluqların göstəricisi ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr