AZ

“Azəriqaz” Akif Çovdarova 100 min ödəyəcək

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Azəriqaz” İstehsalat Birliyi keçmiş MTN generalı Akif Çovdarovun ailəsinə məxsus şirkətə 100 min manata yaxın pul verəcək.

Gununsesi.info xəbər verir ki, “Azəriqaz”ın üzərinə “Bəhrə 2010” MMC-yə 96 min 895 manat təzminat ödəmək öhdəliyi qoyulub.

Buna səbəb isə Masazırda şirkətə məxsus istixanalarda baş vermiş partlayışdır. Ekspertiza partlayışın qaz sızması nəticəsində baş verdiyi qənaətinə gəlib.

Ekspertiza Mərkəzinin rəyində yazılıb ki, istehlakçının qaz təsərrüfatı qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin edilmədiyinə və istixananın qaz avadanlıqlarına müayinələr keçirilmədiyinə görə qanunun tələbləri “Azəriqaz”ın əməkdaşları tərəfindən pozulub.

Bu səbəbdən şirkət partlayış və yanğın nəticəsində dəymiş ziyanı hesablayaraq, 193 min 791 manat pulu “Azərqaz”dan tələb edib.

Məhkəmə “Azəriqaz”ın üzərinə bu pulun yarısını (96 min 895 manatını) şirkətə ödəmək öhdəliyi qoyub.

Qeyd edək ki, sözügedən istixanalar Abşeron rayonu, Masazır qəsəbəsində Zəngilan şəhərciyinin arxa hissəsində təxminən 3 hektar sahədə yerləşir. 2012-ci ildən fəaliyyət göstərən “Bəhrə-2010” MMC-nin rəsmi təsisçisi Çovdarova İbadət Rza qızı – Akif Çovdarovun həyat yoldaşıdır.

Tərəvəz və balış yetişdirilməsiylə məşğul olan bu şirkəti iodarə edənlər də əsasən, Çovdarovlar ailəsinin qohumları, tanışları olub.

Yeri gəlmişkən, bu şirkətin adı Akif Çovdarovla bağlı cinayət işində də keçirdi. Masazırdakı istixanaları idarə edənlərdən İbadət Çovdarovanın bacısı oğlu Azər Hümbətov, “Bəhrə-2010”un direktoru Adil Yaqubov və s. şəxslər çağırılıb dindirilmişdilər.

Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmış 73 yaşlı Akif Çovdarov 2015-ci ildə həbs olunub, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

O, general-mayor rütbəsindən də məhrum edilib.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr