ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İrana yaxın "Ləşgər-i Sarullah" (Allahın qisas ordusu) adlı şiə silahlı qruplaşması bir müddət əvvəl İsrailə səfər edən pakistanlı jurnalist İmtiyaz Mirin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb
Axar.az xəbər verir ki, bu haqda "Media line" məlumat yayıb.
Məlumata görə, Mir keçən həftə Kəraçidə evinin yaxınlığında motosikletdə olan iki naməlum şəxs tərəfindən güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Pakistanın təhlükəsizlik rəsmilərinin sözlərinə görə, "Ləşgər-i Sarullah" İran mənşəlidir və Tehranın maraqlarına uyğun ideologiya ilə fəaliyyət göstərir.
Qeyd edək ki, tanınmış jurnalist İmtiyaz Mir 2023-cü ildə İsrailə səfər edib və İsraildən, xüsusən Qüds, Əqsa məscidindən hazırladığı reportajı yayımladıqdan sonra radikal şiə qruplaşmalarının hədəfində olub, öldürüləcəyi ilə hədələnib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.