AZ

Rəislərin yeri dəyişdirildi

“Bakı metropoliteni” QSC-nin 27 stansiyasından 23-nün rəisi rotasiya qaydasında digər stansiyalara təyin edilib. “PostMedia”nın əldə etdiyi məlumata görə, bu barədə QSC sədri Vüsal Aslanov əmr imzalayıb.

 

Yalnız “Sahil”, “İçəri şəhər”, “Xalqla dostluğu” və “bakmil” stansiyalarının rəisləri bu əmrdən kənarda qalaraq öz vəzifələrinin icrasını davam etdirəcəklər.

 

Məsələ ilə bağlı "PostMedia"nın sorğusuna cavab olaraq "Bakı Metropoliteni"ndən faktı təsdiq ediblər.

 

Qurumun cavabında bildirilib ki, "Bakı metropolite"nində bir sıra stansiya rəislərinin yerləri qarşılıqlı formada rotasiya olunub. Belə proseslər əvvəlki illərdə də həyata keçirilib:

 

"Stansiya rəislərinin yerdəyişməsi "Bakı metropoliteni"ndə mütəmadi həyata keçirilən bir prosesdir. Bu, hərəkətin təşkili baxımından mütəxəssis heyətinin peşəkarlığını daha da yüksəltməsi, daim yeniliklərə meyilli olmasını təmin edir. Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birindən fərqlənir. Bunlardan əlavə, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq Bakı metropolitenində kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir".

 

Xatırladaq ki, “Bakı metropoliteni”nun uzunluğu 40,7 km-ə çatan 27 stansiyası var.

Tarix: 10 Oktyabr 2025, 16:52   
Seçilən
15
pravda.az

1Mənbələr