AZ

Rusiya və Pakistan ordularından birgə təlim

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Region ölkələri ilə sıx əməkdaşlığa önəm verən Rusiya Silahlı Qüvvələri müxtəlif təlimlərlə tərəfdaşlığını daha da möhkəmləndirir.

Rusiya və Pakistan orduları birgə antiterror təlimi keçirib. 

"Cebheinfo.az" –ın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, “Drujba-2025” (Dostluq-2025) adlı Rusiya–Pakistan birgə təlimi Rusiyanın Cənub Hərbi Dairəsində baş tutub. Təlim zamanı hər iki ölkənin silahlı qüvvələri beynəlxalq terrorizmlə mübarizəyə yönəlmiş birgə əməliyyatları məşq ediblər. 

Təlimə təxminən 200 hərbçi qatılıb. Rusiya tərəfindən isə antiterror əməliyyatlarında təcrübəli olan Cənub Hərbi Dairəsinə tabe xüsusi təyinatlı qüvvələr iştirak edib. Rusiya və Pakistan arasında hərbi əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədi daşıyan “Drujba” adlı birgə təlimlər 2016-cı ildən bəri həm Rusiya, həm də Pakistan ərazisində keçirilir. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr