Unikal.az saytına istinadən ain.az xəbər verir.
"Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə heç bir böhran yoxdur".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Düşənbədə mətbuat konfransında deyib.
O, bildirib ki, AZAL təyyarəsinin qəzaya uğraması səbəbindən Rusiya və Azərbaycan "emosional böhran" ilə üzləşiblər.
"Mən deyərdim ki, bu, çox güman ki, emosiyaların böhranı idi və bunun səbəbi aydındır: ona görə ki, biz çox çətin hadisə, faciəvi hadisə - təyyarə qəzası ilə üzləşmişdik", - Putin bildirib.
Putin qeyd edib ki, Rusiya və Azərbaycan müxtəlif sahələrdə iddialı planları həyata keçirmək üçün birgə çalışacaqlar.
“Ümid edirəm ki, biz bu səhifəni çevirmişik, irəliləyəcəyik, əlaqələrimizi heç bir problem olmadan inkişaf etdirəcəyik və hər iki ölkənin logistika, sənaye əməkdaşlığı, yeri gəlmişkən, humanitar sahədə də böyük, həqiqətən böyük planlarını həyata keçirəcəyik”.
Gülayə Mecid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.