Bəzi dövlət qurumları hansısa prosesdə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırırdılar
Far.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında deyib.
O qeyd edib ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklə vəkillərdən həm də şəffaflıq prinsipinə əməl etmələri tələb olunur:
"Sonrakı maddələrdə göstərilir ki, vəkil peşə sirri və fəaliyyəti ilə bağlı dindirilə bilməz, ona hansısa təzyiq göstərilə bilməz. Əslində, bu, vəkilliyin problemi idi. Bəzi vəzifəli şəxslər, dövlət qurumları hansısa prosesdə peşəkar rəqabətdə, müzakirədə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırmağa başlayırdılar. Bir çox hallarda vəkillərin prosesdə iştirakına əngəl yaradırdılar. Son illər bu tendensiya ortadan qalxsa da, vəkilləri qorumaq dövlətin borcudur".