AZ

Qramenya: “Yaranmış “şansı” əldən vermək olamz”

AzVision.az xəbər verir ki, Avropa Sabitlik mexanizminin (ASM) rəhbəri Pyer Qramenya keçirdiyi mətbuat konfransında belə deyib.

Avrozonanın iqtisadi perspektivləri ilə bağlı oktyabrın 9-da keçirilən dinləmələrdə Pyer Qramenya vəziyyəti belə qiymətləndirib:Avropa rəqəmsal maliyyə mübarizəsini ABŞ-yə uduzur. Amerika dolları ilə sabitlənmiş steyblkoinlər qlobal kriptovalyuta ödənişləri bazarını effektiv şəkildə inhisara alıb və Avropa İttifaqının (Aİ) hələ də bu çağırışa cavabı yoxdur.

“Aprel ayında “Amerikanı sat” anı qısamüddətli olsa da, bu, şübhəsiz ki, dollara olan inamı sarsıtdı. Doların zəifliyi Avropanın ələ keçirməli olduğu fürsət ola bilər. Çünki bu il avroya rekord tələb olub”,- avropalı məmur vurğulayıb.

“OMFIF” beynəlxalq analitik mərkəzinin araşdırmasına əsasən, qlobal miqyasda mərkəzi bankların 16%-i növbəti 12-24 ay ərzində avro ehtiyatlarının payını artırmağı planlaşdırır. Dollar üçün bu rəqəm cəmi 5% təşkil edir.

Bu fürsətdən yararlanmaq üçün ASM-in rəhbəri Aİ-nin üç fəaliyyət istiqamətini təklif edib.

Birincisi, ehtiyatlı fiskal siyasətini və maliyyə sabitliyini dəstəkləmək.
İkincisi, vahid bazar daxilində əmanət və investisiya ittifaqını təşviq etmək.

Üçüncüsü, texnoloji yeniliklərdən istifadə və mümkün qədər tez rəqəmsal avronu işə salmaq.


Rəqəmsal aktivlər mövzusuna keçən ASM-in rəhbəri steyblkoinlər məsələsinə toxunub.

- Avropa hazırda bazarlarda dominantlığa malik ABŞ dolları ilə ifadə olunan steybkoinlərdən asılı olmamalıdır”,- Pyer Qramenya bildirib.

2025-ci ilin iyul ayında ABŞ-də Amerika steyblkoinlərinin inkişafı üçün əlverişli şərait yaradan GENIUS tənzimləmə çərçivəsinin tətbiqindən sonra Avropa rəsmiləri arasında narahatlıqlar güclənib. Vaşinqton rəqəmsal məkanda dolları aqressiv şəkildə təbliğ etdiyi halda, Avropa hələ də vahid strategiya ilə bağlı razılığa gəlməyib.

“Steyblkoinlər artıq təcrübə deyil - onlar maliyyə mənzərəsinin reallığına çevriliblər. Sürətlə dəyişən maliyyə mühitində Avropa avro denominasiyalı steblkoinlərin yaradılmasını asanlaşdırmaq üçün hər cür səy göstərməlidir.

“Sürətlə dəyişən maliyyə mühitində Avropa avro nominasiyalı steyblkoinlərin yaradılmasını asanlaşdırmaq üçün maksimum səylər göstərməlidir”,- ASM-in rəhbəri diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
1
1
azvision.az

2Mənbələr