AZ

Azərbaycanda depo hesablarının ümumi sayı artıb, aktiv hesabların sayı azalıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda depo hesablarının ümumi sayı artmaqla yanaşı, aktiv hesabların sayında azalma müşahidə olunub.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzindən Finss.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında depo hesablarının ümumi sayı artıb.

III rübün sonuna fiziki şəxslərə məxsus 172 226 depo hesabı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur. Hüquqi şəxslərə məxsus ümumi hesabların sayı isə 1 639 olub və bu göstərici 7,1% artım deməkdir.

Bununla yanaşı, aktiv hesabların (balansında qiymətli kağız olan hesabların) sayı azalıb. 2025-ci ilin sentyabr ayının sonuna fiziki şəxslərin aktiv hesablarının sayı 102 402, hüquqi şəxslərin aktiv hesablarının sayı isə 654 təşkil edib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 107 927654 idi.

Beləliklə, fiziki şəxslərin aktiv hesablarında 5,1% azalma qeydə alınıb.

Ümumilikdə, depo hesablarının 99%-dən çoxu fiziki şəxslərə məxsusdur ki, bu da ölkənin kapital bazarında əsas investor qrupunun məhz fiziki şəxslər olduğunu göstərir.

Fuad Mədətov
Finss.az

Seçilən
3
fins.az

1Mənbələr