AZ

Daha bir güclü zəlzələ: Sunami TƏHLÜKƏSİ - Bu ölkədə

Ajans.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki (EMSC), bu, son 24 saat ərzində ölkənin cənub bölgəsində qeydə alınan ikinci güclü yeraltı təkan olub. Zəlzələ oktyabrın 10-da yerli vaxtla saat 19:12-də (Moskva vaxtı ilə 14:12) qeydə alınıb. Yeraltı təkanların episentri Davao bölgəsində yerləşən Mati şəhərindən 71 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Mütəxəssislər bu zəlzələni "böyük" kateqoriyasına aid edirlər. Yerli hakimiyyət orqanlarının ilkin məlumatına görə, təbii fəlakət nəticəsində azı 6 nəfər həlak olub. Həmçinin bir sıra binalarda dağıntılar və elektrik təchizatında fasilələr qeydə alınıb. Zəlzələdən sonra Filippin üçün sunami təhlükəsi elan edilib. Rəsmilər sahil bölgələrində yaşayan əhalini ehtiyatlı olmağa və mümkün olduqda təhlükəsiz ərazilərə köçməyə çağırıblar. Hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Seçilən
16
Ajans.az

1Mənbələr