AZ

"Oğul atanın, ata isə övladın avtomobilini idarə edə bilmir" - Etibarnamə ləğv OLUNACAQ?

Ölkəmizdə ailə üzvlərinin bir-birinin avtomobilini idarə edə bilməsi üçün etibarnamə tələb olunur və bu, zaman-zaman vətəndaşlar arasında narahatçılıq yaradır. Maraqlıdır ki, bir çox xarici ölkələrdə belə bir qayda yoxdur və nəinki yaxın qohumlar, sürücülük vəsiqəsi olan hər bir kəs etibarnaməsiz avtomobil idarə edə bilir.

Bəs Azərbaycanda da gələcəkdə etibarnamə tələb olunmaya bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, etibarnamə məsələsini onlar da zaman-zaman gündəmə gətirirlər:

"Təəssüf ki, hələlik müvafiq qurumlar buna müsbət yanaşmırlar. Bu isə müəyyən qədər əngəl yaradır. Əsas problem ondadır ki, qanuni çərçivədə hüquq sahib olan, yəni ər və arvad birgə nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsini bir-birinə etibarnamə vermədikdə ciddi narahatçılıqlar ortaya çıxır. Belə olduqda avtomobil etibarnaməsiz idarə edilmiş sayılır və insanlar ciddi problemlərlə üzləşir, vaxt itirir, əsəbləri pozulur. Həmçinin, bu, ailə üzvləri üçün də çətinlik yaradır. Məsələn, oğul atanın, ata isə övladın avtomobilini idarə edə bilmir. Bu, təbii ki, gülüncdür və belə olmamalıdır. Əgər avtomobilin texniki pasportu, qeydiyyat şəhadətnaməsi varsa, demək, sahiblik hüququ buna verilmişdir. Verilibsə, deməli, etibar edilmişdir. Əgər avtomobil oğurlanıbsa, bu artıq cinayət məsuliyyəti yaradır və hüquq sahibi hər halda cinayət işi açılması üçün müraciət edə bilər. Hüquqi baxımdan mümkündür ki, etibarnaməsiz də avtomobil idarə olunsun, lakin mənim fikrimcə, bu məsələ ciddi şəkildə nəzərdən keçirilməlidir və qohum-əqrəba, ailə üzvləri arasında etibarnaməsiz avtomobil idarə etmək icazəsi verilməlidir".

Nuriyyə NATİQQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr