AZ

Metroda itən əşyaların aqibəti necə olur? - AÇIQLAMA

Hər gün metrodan minlərlə insan istifadə edir. Bəzən isə metroda itən əşyalar olur. 

Bəs bu əşyaların aqibəti necə olur? 

Milli.Az-ın xəbərinə görə, məsələ ilə bağlı DİN-dən bildirildi ki, tapılan bütün əşyalar metropolitenin polis idarəsində qorunub saxlanılır və polis əməkdaşları tərəfindən sahiblərinə qaytarılması üçün gözlənilir:

"Vətəndaş əşyasının itməsi ilə bağlı müraciət etdikdə polis idarəsinə dəvət olunur. Prosedura uyğun olaraq qəbz tərtib edilir, əşya isə sahibinə təhvil verilir". 

Qeyd edək ki, vətəndaş əgər bir ay ərzində müraciət etməzsə, tapılan əşyalar Bakı Şəhər Polis İdarəsinin Tapıntılar Bürosuna təhvil verilir. 

Asya
Milli.Az

Seçilən
4
2
milli.az

3Mənbələr