Çin hakimiyyəti ABŞ-nin yüksək texnologiyalı şirkəti "Qualcomm" barəsində Çinin antiinhisar qanunvericiliyinin pozulmasında şübhəli bilinərək araşdırmaya başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, "Qualcomm" İsrailin Autotalks şirkətini satın alması barədə Çin qanunvericiliyinə uyğun olaraq müvafiq instansiyaları məlumatlandırmayıb. Nəticədə, Çin hökuməti həmin şirkətin biznes konsentrasiyasının güclənməsi ilə bağlı vəziyyətdən xəbərsiz qalıb.
Qeyd edək ki, Qualcomm" smartfonlar və digər elektronika üçün çiplərin hazırlanması və satışı üzrə ixtisaslaşmış Amerika texnologiya şirkətidir. Şirkətin əsas məhsulları Snapdragon prosessorları və modemlərdir.