ain.az, Unikal.az saytına istinadən bildirir.
Müstəqil Dövlətlər Birliyinin növbəti sammiti 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev sammitin genişləndirilmiş iclasında açıqlayıb.
Bu qərar əsas təşkilati məsələlərin müzakirə olunduğu iclasın qapalı hissəsində qəbul edilib: "Nümayəndə heyətlərinin başçıları qərara gəliblər ki, Türkmənistan 2026-cı ildə Birliyə sədrlik edəcək, həmsədrlik Tacikistan Respublikası və Özbəkistan Respublikasında olacaq", - Lebedev iclasda deyib.
Builki sammit Düşənbədə keçirilir.
Ağarza Elçinoğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.