AZ

İşğaldan azad olunmuş ərazilərdə daha 20 ailə üçün kiçik bizneslər yaradılıb

Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup ailəyə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, verilən aktivlər hesabına onlar un məmulatları istehsalı, maldarlıq, arıçılıq və sair istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən artıq 500-ə yaxın şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.

Seçilən
13
5
vergiler.az

10Mənbələr