AZ

34 bal toplayan namizədlər də müsahibəyə dəvət olunacaq - BŞTİ

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) tabeliyində fəaliyyətgöstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıqrəhbəri vəzifəsi üzrə işə qəbul müsahibəsi keçirilir.

Trendxəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işəqəbul üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balınıtoplayanların sayının mövcud vakansiyalardan az olduğunu nəzərəalaraq minimum 34 bal toplayan namizədlər də müsahibəyə cəlbolunacaqlar.

Müsahibənin vaxtı və məkan haqqında məlumat minimum 34 baltoplayan namizədlərə də SMS vasitəsilə göndəriləcək.

Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətlərinəzərə alınacaq.

Müsahibəni uğurla keçən namizədlər müvafiq vakant yerlərə təyinolunacaqlar.

Məqalədə:
Seçilən
4
1
az.trend.az

2Mənbələr