Azərbaycanda Avropa Azərbaycan Məktəbinə (EAS) yaxın yeni şirkət təsis edilib.
Banker.az xəb ər verir ki, bu, “EAS SB” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət Bakı şəhəri Yasamal rayonu, Həsən Məcidov ev.7C ünvanında dövlət qeydiyyatına alınıb.
Şirkətin 100 manat nizamnamə kapitalı var və qanuni təmsilçisi İtaliya Respublikası vətəndaşı Françesko Bançinindir. O, həmçinin “Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC-nin baş icraçı direktoru (həmçinin məktəb direktoru), Qafqaz və Mərkəzi Asiya Beynəlxalq Bakalavriat Məktəbləri Assosiasiyasının təsisçisi və Tale Heydərovun təsis etdiyi Avropa Azərbaycan Cəmiyyətinin direktorudur.