Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Müğənni Sabina Selcan acılı həyat hekayəsindən danışıb.
Milli.Az xəbər verir ki, ilk dəfə geniş kütlə qarşısında oğul anası da olduğunu etiraf edib.
Övladından ayrı qalan sənətçi apardığı mübarizəni dilə gətirib:
"Çoxu bilmir. Əslində mənim bir yox, 2 övladım var. Oğlum da var. Atasının yanında idi. Mən özümdən yaşda dəfələrlə böyük olan yaşlı kişi ilə evləndim. Oğlumu geri qaytarmaq üçün güclənməli idim. Sevmədən ailə qurdum, amma çox mərhəmətli insan idi. Həmişə yanımda oldu. Bu gün də dik duruşumu ona borcluyam. Çoxsaylı məhkəmlər oldu, qalib gələrək, övladımı geri aldım. Başıma bunun gəlməsində günahımın nə olduğunu bilmirəm. Heç kimə pisliyim keçməyib. Yaşlı kişiyə ərə getməyimdə pul amili vardı, ancaq təkcə ona görə yox. Əzablar görmüş qadın qarşı tərəfdən diqqət-qayğı görəndə onun yaşını düşünmür".
Daha ətraflı videoda:
Musa
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.