AZ

Azərbaycanlı tiktoker Amerikada öldü

Medicina saytına istinadən ain.az xəbər verir.

ABŞ-də yaşayan 12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova Nyu-Yorkda metro qatarının üstündə serfinq edərkən ölüb.

"Medicina" xəbər verir ki, onun sosial şəbəkədə tanış olduğu 13 yaşlı Ebba Morinanın meyitləri stansiyada aşkarlanıb.

Zemfira və Ebba həlak olmazdan əvvəl təxminən 15 yeniyetmə ilə birlikdə qatarın üzərində qaçıblar.

Muxtarovlar ailəsi onun ölüm xəbərini televiziya vasitəsilə öyrəniblər.

Zemfiranın 11 yaşlı bacısı Məryəm xəbərlərdə həlak olan qızlardan birinin bacısı olduğunu onun çantasından tanıyıb.

Zemfiranın atası Ruslan Muxtarov “gofound” saytında müraciət yaradıb və qızının dəfn xərclərini toplamaq məqsədilə insanlardan yardım istəyib.

medicina.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
icma.az

2Mənbələr