AZ

Bakıda iki qadının meyiti tapıldı

Dünən paytaxtda 2 qadının meyiti tapılıb.

News24.az -ın əldə etdiyi məlumata görə, oktyabrın 9-u saat 09 radələrində tüfeyli həyat tərzi keçirən Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Mariya Sergeyevna Feoletovanın meyiti Səbail rayonu Salyan yolu 12 ünvanının qarşısında tapılıb.

Digər hadisə isə Nəsimi rayonunda baş verib. Saat 22 radələrində 1939-cu il təvəllüdlü Cülyetta Nadirovna Əliyevanın meyiti Q.Quliyev küçəsi, ev 24, mənzil 13-də tapılıb.

Meyitlər üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

Baş vermiş ölüm faktları ilə əlaqədar araşdırma aparılır.


Yaşar Araz



Seçilən
125
news24.az

1Mənbələr