AZ

“Toyota Prius”da 92 kq mənşəyi məlum olmayan ət aşkarlanıb

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin vəDİN-in Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkəndstasionar postunda Rüstəmov Sabir Samir oğluna məxsus “ToyotaPrius” markalı avtomobilə baxış keçirilən zaman 92 kq iribuynuzluheyvan cəsədi aşkarlanıb.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ətdən kəskin qoxu gəldiyi vərənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminəəməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariyaekspertizasından keçirilmədiyi müəyyən olunub.

"Müayinələrin aparılması üçün nümunələr götürülərək QidaTəhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunubvə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir",- deyə Agentlikdən əlavəedilib.

Məqalədə:
Seçilən
36
10
az.trend.az

10Mənbələr