DÇ-2026-nın seçmə mərhələsində San Marinonu 10 cavabsız qolla məğlub edən Avstriya millisində yeni bombardir var.
QOL.az xəbər verir ki, Marko Arnautoviç görüşdə 4 qol vurub. Yığmadakı qollarının sayını 45-ə çatdıran forvard millinin yeni bombardiri olub.
Bundan əvvəlki rekordçu 44 qolla Toni Polster idi.