AZ

“Mançester Yunayted” Kenan Yıldıza göz dikib

“Mançester Yunayted”in yeni transfer hədəfi bəlli olub.

İdmanxeber.az xəbər verir ki, İngiltərə təmsilçisi “Yuventus”un türkiyəli sol cinah vingeri Kenan Yıldızı heyətinə qatmaq istəyir.

Məlumata görə, “qırmızı şeytanlar” bu keçid üçün 78 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, 20 yaşlı futbolçunun Turin klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.

 

Seçilən
8
1
idmanxeber.az

2Mənbələr