AZ

Toyda öldürülən şəxslə bağlı şok açıqlama: Dalbadal 4 dəfə...

14:31 10.10.2025
14:31 10.10.2025

Sabirabadda toyda qətl baş verib.

Mynews.az xəbər  verir   ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. 

Kənd sakini 38 yaşlı Telxas İsrafilov həmkəndlisi 41 yaşlı Xəqani Muradov tərəfindən bıçaqlanıb.

“Mübahisələri düşmüşdü. Dalbadal 4 dəfə bıçaq zərbəsi vurdu. Telxas yerdə qaldı, heç kim yaxın gəlmədi. Kömək edən olmadı, hamı qorxusundan bir tərəfə qaçmışdı”, – qətlə yetirilən şəxsin qohumu Mikayıl İsrafilov hadisə barədə danışarkən deyib.

Qeyd edək ki, Telxas İsrafilov xəstəxanaya çatdırılsa da, əməliyyat zamanı vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən Xəqani Muradov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
12
mynews.az

1Mənbələr