Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Dinc əhaliyə qarşı zorakılıq edən ölkələrə beynəlxalq səviyyədə təzyiq göstərilməlidir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Pakistan Ali Məhkəməsinin vəkili Məhəmməd Sohail Səcid jurnalistlərə açıqlamasında deyib.
O, dinc əhaliyə qarşı zorakılıq hallarının qəbuledilməz olduğunu vurğulayıb:
"Mən artıq ikinci dəfədir ki, bu ərazilərə gəlir, buradakı kütləvi məzarlıqlara baş çəkirəm. Doğrudan da baş verənlər çox qorxulu və ağrılı hadisələrdir, sözün əsl mənasında vəhşilikdir. Günahsız insanların öldürülməsi qəbuledilməzdir. Bunu törədən ölkələr beynəlxalq təzyiqinə məruz qalmalı və qeyri-insani fəaliyyətlərə son qoymalıdırlar".
Xatırladaq ki, Bakıda təşkil olunan itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Ağdərə rayonuna səfər ediblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.