"Qalatasaray"ın prezidenti Dursun Özbek sponsorluq mərasimində Mauro İkardi və Barış Alper Yılmazın müqavilələri ilə bağlı açıqlama verib.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
"Barış Alper Yılmazla yeni müqavilə imzalanıb. O, bizim üçün çox vacib və dəyərli oyunçudur. Yeni müqavilə ilə komandada qalacaq",- Özbek bildirib.
İkardinin vəziyyətinə də toxunan klub rəhbəri onun müqaviləsinin bu mövsüm başa çatacağını qeyd edib: “İkardi bizə böyük töhfə verib və əminəm ki, bu il də verəcək. Yeni müqavilə məsələsi mövsümün ortasında müzakirə olunacaq”.
Seyranə Quliyeva
Missiya.Az