2026-cı il dünya çempionatına vəsiqə qazanan Misir millisinin uğurunda ən böyük pay komandanın kapitanı Məhəmməd Salaha məxsusdur.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu seçmə mərhələdə keçirdiyi 8 oyunda 7 qol və 3 asistlə yadda qalıb.
Onun parlaq performansı sayəsində Misir mundial biletini vaxtından əvvəl təmin edib.
Afrika təmsilçisinin baş məşqçisi və futbol ictimaiyyəti Salahı “komandanın ürəyi və ruhu” adlandırır.
Kamil Xudiyev