AZ

Peru prezidenti Dina Boluarteyə impiçment elan edilib

Peru Konqresi ölkədə artan cinayətkarlıqla mübarizədə uğursuzluğa görə prezident Dina Boluarteyə impiçment elan edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, parlamentin iclasında 130 deputatdan 124-ü dövlət başçısının vəzifədən uzaqlaşdırılmasının lehinə səs verib.

Deputatlar hesab ediblər ki, Boluarte ölkədə sürətlə yayılan mütəşəkkil cinayətkarlığın və zorakılığın qarşısını almaqda aciz qalıb. Prezidentin müdafiəsini təqdim etmək üçün iclasda iştirak etməməsi də qərarın qəbulunda mühüm rol oynayıb.

Nəticədə, gecə yarısından sonra keçirilən səsvermədə deputatlar yekdilliklə Dina Boluartenin impiçmentinə qərar veriblər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
56
editor.az

1Mənbələr