AZ

Ağdərədə tapılan skelet qalıqları Azərbaycan Ordusunun bir qrup üzvlərinə məxsusdur - İşçi qrupunun üzvü

Ağdərə. Trend:

Ağdərədə tapılan skelet qalıqlarının Azərbaycan ordusunun birqrup üzvlərinə məxsus olduğu bildirilir.

Trend-inQarabağ bürosunun xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş,girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçiqrupunun üzvü Zaur İsmayılov Ağdərədə jurnalistlərə açıqlamasındasöyləyib.

O qeyd edib ki, gördüyünüz kimi, bura çox əlverişlli döyüşmövqeyi olub: "Buradan Ballıqaya, Sırxavənd, Bəşirlər və Qaraşlarkəndlərini tam nəzarətdə saxlamaq olar. Bu yüksəklik dəfələrləəldən-ələ keçib. Son döyüşdə 1993-cü ilin yanvar ayında şahidlərinifadəsinə görə, Azərbaycan Ordusunun bir qrup hərbçisi burada həlakolub".

Onun sözlərinə görə, axtarışlar zamanı burada ilkin olaraq 10 vədaha artıq insan qalıqları aşkarlanıb.

"Burada axtarış işlər davam edəcək. Qalıqlar götürüldükdən sonraalt səthi yoxlanılacaq. İstisna olunmur ki, bu say artsın", - Z.İsmayılov əlavə edib.

Seçilən
33
az.trend.az

1Mənbələr