"Mercedes-Benz Vito", "Mercedes-Benz Sprinter" markalı təcili yardım və "Hyundai Elantra"avtomaşınların təmiri üçün tələb olunan ehtiyat hissələrinin alınmasına 675 861 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, sifarişçi “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” hüquqi şəxs, satış həyata keçirən şirkət isə “İmport Supply Company” MMC-dir.
Tərəflər arasında müvafiq müqavilə bağlanıb. Buraya 170-ə yaxın ehtiyat hissəsi daxildir.
Cabir
Tarix: 10 Oktyabr 2025, 14:01