Ramil Həsən millət vəkili kimi fəaliyyətini dayandırır.
Bu barədə deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Artıq 5 ildən çoxdur ki, böyük şərəf və qürur hissi ilə Milli Məclisdə sizinlə birlikdə fəaliyyət göstərmişəm. Prezidentin böyük etimadı nəticəsində Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA) təmsil olunmuşam.
Qürur hissi keçirirəm ki, bu gün bilavasitə Ali Baş Komandanın liderliyində, qəhrəman, müzəffər ordumuzun 44 günlük zəfər mücadiləsi sayəsində qalib gəlmiş ölkənin parlamentinin millət vəkili kimi sıralarınızı tərk edəcəyəm.
Mənim üçün böyük şərəf hissidir ki, TÜRKPA-da baş katib kimi fəaliyyətimi davam etdirəcəyəm”, – deyə o əlavə edib. (Qafqazinfo)