Haqqında verilən azadlıq qərarından sonra yenidən həbs qərarı çıxarılan ID İletişim-in sahibi, türkiyəli məşhur menecer Ayşe Barım bir həftədir xəstəxanada müalicə alır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Barım 13 oktyabr Bazar ertəsi günü açıq ürək əməliyyatı keçirəcək.
1 oktyabrda keçirilən məhkəmə iclasında ev dustaqlığı ilə azadlıq qərarı verilən Ayşe Barım üçün prokurorluğun etirazı nəticəsində İstanbul 27-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən yenidən həbs qərarı çıxarılmışdı.
Qərardan sonra evində vəziyyəti pisləşən Barım xəstəxanaya aparılıb. Məşhur menecerin ürək xəstəliyi səbəbindən günlərdir həkim nəzarətində olduğu bildirilib.
Xəbər mənbəyinə görə, Ayşe Barımın olduğu xəstəxanada həbsxanaya köçürülməsi üçün polis əməkdaşları günlərdir müşayiət edir. Lakin həkimlər onun sağlamlıq vəziyyətinin köçürülmə üçün uyğun olmadığını bildirib.