Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.
“Əliyevlə söhbətində Putin Rusiya səmasında AZAL təyyarəsinin iştirakı ilə baş vermiş faciəyə görə üzr istəməsini xatırladıb. O, Əliyevlə görüşdə AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib”, – məlumatda deyilib.
Qeyd edək ki, Əliyev və Putin bu gün Düşənbədə görüşüb.