AzPost bildirir ki, mükafat Venesuelalı Mariya Korina Maçadoya verilib.
Mükafat Komitəsi bəyan edib ki, mükafat onun Venesuela xalqının demokratik hüquqlarının təbliğində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün apardığı mübarizəyə görə verilir.
Bu il fəxri mükafata 338 fiziki şəxs və təşkilatın namizədliyi irəli sürülüb. Bununla belə, son bir neçə həftə ərzində əsas sual ABŞ prezidenti Trampın mükafatı alıb-almayacağı olub. ABŞ prezidentinin özü də dəfələrlə “mükafata layiq olduğunu”, “yeddi müharibəyə son qoyduğunu” və mükafatın verilməməsinin “ABŞ-a təhqir” olacağını bildirib.
KİV-in məlumatına görə, Norveçdə Vaşinqtonun ölkə üçün mümkün əks-sədası ilə bağlı narahatlıq ifadə olunub.
Nobel Sülh Mükafatı laureatının elan edilməsindən bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə hazır olduğunu bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Yuri Uşakov da Rusiyanın mükafatın Trampa verilməsini dəstəkləyəcəyini bildirib.
10Mənbələr
-
news.milli.azNobel Sülh Mükafatı məhkəməlik olacaq ağır ittiham var ( 22301089)
-
milli.azNobel Sülh Mükafatı məhkəməlik olacaq - ağır ittiham var ( 22301065)
-
tribunainfo.azNobel Sülh mükafatında sızma: araşdırma başladılacaq ( 22295044)
-
hurriyyet.azNobel Sülh mükafatında sızma: araşdırma başladılacaq ( 22293532)
-
bakivaxti.azNobel Sülh mükafatında sızma: araşdırma başladılacaq ( 22293526)
-
axar.azNobel Sülh mükafatında sızma: araşdırma başladıldı ( 22293034)
-
qaynarinfo.azTramp Nobel laureatı ilə söhbətindən danışdı: Mən buna layiqəm ( 22289098)
-
news24.azNobel Komitəsi məlumat sızmasından şübhələnir ( 22277464)
-
senzor.azVenesuela müxalifətinin lideri Nobel mükafatını Trampa həsr etdiyini bildirdi... ( 22282957)
-
senzor.azNobel Sülh Mükafatının Trampa verilməməsinəAĞ EVdən REAKSİYA ( 22280422)