AĞDƏRƏ, 10 oktyabr. TELEQRAF
Ağdərədə tapılan skelet qalıqlarının Azərbaycan ordusunun bir qrup hərbçisinəməxsus olduğu ehtimal edilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə,bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov media nümayəndələrinə söyləyib.
Onun sözlərinə görə, qalıqların aşkarlandığıyerdöyüş mövqeyi olub:"Çox əlverişli döyüş mövqeyi olub. Buradan uzaq məsafələri vizual müşahidə eləmək olur. Ballıqaya,Sırxavənd, Bəşirlər və Qaraşlar kəndlərini tam nəzarətdə saxlamaq mümkün idi. Bu ərazilərdə döyüş gedib, yüksəklik dəfələrləəldən-ələ keçib. 1993-cü ilin yanvar ayında son döyüşün şahidlərinin ifadəsinə görə, Azərbaycan Ordusunun bir qrup hərbçisi burada həlak olub".
Zaur İsmayılov bildirib ki, axtarışlar zamanı buərazidə10-dan artıq insan qalıqları aşkarlanıb:
"Bu ərazidə daha geniş axtarışlar aparılacaq. Qalıqlar götürüldükdən sonra alt səthi yoxlanılacaq. Meyit qalıqlarının sayının artması istisna deyil".