AZ

İngiltərə millisinin futbolçuları meydana adsız forma ilə çıxdı

BAKI, 10 oktyabr. TELEQRAF

Oktyabrın 9-da İngiltərə və Uels yığmaları arasında keçirilən yoldaşlıq oyununun ikinci hissəsində futbolçular adsız forma ilə meydana çıxıblar.

Teleqraf xəbər verir ki, buna səbəb oyunçuların xüsusi aksiyada iştirak etməsi olub.

Hər iki komanda demensiyanın simptomlarından biri olan yaddaş itkisi probleminə diqqət çəkmək məqsədilə belə bir təşəbbüs göstərib.

Qeyd edək ki, qarşılaşma ingilislərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
33
teleqraf.com

1Mənbələr