AZ

"Demişdim ki, gəlin Problemlərin Həlli Nazirliyi yaradaq" - Fazil Mustafa

"Vaxtilə bu parlamentdə çıxış eləyərkən mən bir məsələni, bir ifadə işlətmişdim. Demişdim ki, gəlin biz ayrıca bir nazirlik yaradaq - Problemlərin Həlli Nazirliyi".

Redaktor.az xəbər verir ki, bunu MM-in bugünkü iclasında “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı parlamentin komitə sədri Fazil Mustafa bildirdi.

Onun sözlərinə görə, ayrı-ayrı nazirliklər, dövlət komitələri arasında Azərbaycan vətəndaşları bir çox hallarda elementar bir məsələləri həll etmədə nə qədər vaxt itirirlər.

"Amma ölkə prezidentinin təşəbbüsü ilə "ASAN xidmət" modelinin yaranmasından sonra Azərbaycanda mən deyərdim ki, bəlkə vətəndaş məmnunlugunun ən yüksək səviyyədə təmin olundugu bir mexanizm əldə edildi. Və bu model Azərbaycan vətəndaşının süründürməçilikdən, bürokratik əngəllərdən, bəzən də korrupsiyadan başqa elementlərin zərbəsindən xilas etdi", - deyə Fazil Mustafa qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
73
redaktor.az

1Mənbələr