AZ

Paşinyan MDB sammitində: Uzunmüddətli münaqişədən sonra Ermənistan və Azərbaycan arasında sülh yarandı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Məmnunluqla qeyd edirəm ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli münaqişədən sonra sülh yaranıb".

Oxu.Az-ın erməni KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammitində 8 avqust tarixli Vaşinqton razılaşmaları barədə danışarkən deyib.

Paşinyan bildirib ki, "Tramp marşrutu" (Zəngəzur dəhlizi - TRIPP) Ermənistana birliyin iştirakçı dövlətləri ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək. Bu, MDB çərçivəsində iqtisadi əlaqələri möhkəmləndirməyə və yeni ixrac və idxal imkanları açaraq təşkilatın effektivliyini artırmağa imkan verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
oxu.az

2Mənbələr