Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiyanın İrəvandakı səfiri Petr Pirunçik ilə görüşüb.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Ermənistan-Çexiya müdafiə sahəsində əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, son günlər Papikyan Fransanın, Böyük Britaniyanın və Kiprin Ermənistandakı səfirləri ilə görüşlər keçirib.
Daşqın HəsənovMissiya.Az