AZ

Deputat: “Bu, bahalaşmanın qarşısını alardı”

ain.az bildirir, Olke.az portalına istinadən.

“İmişli ənənəvi olaraq qum-çınqıl karxanaları məkanı kimi tanınıb və bu sahə minlərlə iş yeri yaradıb. Hazırda İmişlidə 2-3 karxanadan başqa digər onlarla karxana sahələri qapadılıb və bu da iş yerlərinin kütləvi azalmasına gətirib çıxarıb. Qum-çınqılın çıxarılması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib və bildiyiniz kimi Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il traxili Sərəncamına əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb. Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarının tez bir zamanda açılması bağlanmış iş yerlərinin bərpasına gətirib çıxarar və bahalaşmanın qarşısını alardı”.Ölkə.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Deputta bildirib ki, mənzil tikintisində, digər tikinti sahələrində qum-çınqıl geniş istifadə olunur. “Məhz, mənzil və tikinti sahəsində bahalaşmanın bir səbəbi də qum-çınqıla olan təlabatın kəskin artması və yerli sahibkarların bu ehtiyacı təmin edə bilməməsidir.Vacibdir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı qaydaları tezləşdirsin və icazələr verilməyə başlasın”, - o qeyd edib.Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
6
olke.az

7Mənbələr