AZ

Bu, qanlar tökməyə, dağıdıcılıq etməyə çağırışdır Razi Nurullayev

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Son günlər bir çox sosial media səhifələrində hüquq-mühafizə orqanlarının, xüsusən də polislərin və polis rəhbərliyinin, prokurorluq orqanlarının məqsədli şəkildə hədəfə alındığını və ağır sözlərlə təhqir olunduğunu görürəm. İndiki vəziyyətdə polisi, prokurorluğu və onların rəhbərliyini haqsız hücumlardan müdafiə etməyi ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasının vacib şərti hesab edirəm”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat hüquq-mühafizə orqanlarının bir məqsədlə hədəf alındığını bildirib:

“Sancaq media” adı altında fəaliyyət göstərən bu şəbəkəni və onun arxasında dayananları etdikləri təhqirlərə, kontekstsiz paylaşımlara görə şiddətlə qınayır və onları bu yoldan çəkinməyə çağırıram.

Bir-iki nəfərə görə on minlərlə şəxsi heyəti hədəfə almaq qaranlıq məqsədlər güdüldüyünü göstərir. Məqsəd insanları emosional vəziyyətə gətirmək, hissləri ilə oynamaq, psixoloji təsir etmək və onları ayaqlanmağa dəvət etməkdir. Bu konstitusiya quruluşunu zorla dəyişməyə, qanlar tökməyə, dağıdıcılıq etməyə çağırışdır və belə hərəkətlərin mütləq şəkildə ya bu gün, ya da sabah cəzası var.

Bu gün ölkə vətəndaşlarının təhlükəsizliyini polis qoruyur, onların sayəsində övladlarımız rahat şəkildə gəzə bilir. Bir təhlükə hiss edən kimi, dilimizdə “Allah kömək ol” kəlməsi var, gözümüz isə polis axtarır.

Belə çıxmasın ki, mən boş yerdən polisi və prokurorluq orqanlarını müdafiə edirəm. Hər sahədə çatışmazlıq var və olacaq da. Kim qanunsuz hərəkət edirsə, cəzalandırılır və cəzalandırılmalıdır. Ölkəmizdə sabitliyin, əmin-amanlığın, dövlətçiliyin qorunmasına verdiyi əvəzsiz töhfəyə görə cənab nazir Vilayət Eyvazova və rəhbərlik etdiyi bütün kollektivə, Baş Prokuror Kamran Əliyevə və bütün kollektivinə təşəkkürümü bildirirəm. Biz bütün haqq və dövlət işlərinizdə dövlət və xalq naminə yanınızdayıq.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
globalinfo.az

2Mənbələr