AZ

İsrail Qəzzanın 58 faizinə nəzarət edəcək Xəritə

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail yeni razılaşmadan sonra Qəzzanın 58%-ni əlində saxlayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

Kanalın yaydığı yeni xəritədə İsrail ordusunun nəzarət edəcəyi ərazilər qeyd olunub.

“Yeni atəşkəs razılaşmasına əsasən, İsrail 24 saat ərzində qoşunlarını “sarı xətt”ə geri çəkəcək, lakin yenə də Beyt Hanun, Qəzza şəhərinin bəzi hissələri, Xan Yunis və demək olar ki, bütün Rəfah kimi əsas ərazilər də daxil olmaqla, Qəzza zolağının 58%-nə nəzarəti saxlayacaq”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
axar.az

3Mənbələr