"Azərbaycan heç bir böyük dövlətlə körpülərin yandırılmasını və hətta qarşı tərəfin suçu üzündən yandırılıbsa belə o vəziyyətdə qalmasını istəmir. Söhbət qonşu Rusiyadan gedirsə, bir çox səbəblərdən bu, heç arzuolunan deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Məclsin deputatı Sahib Alıyev deyib: "Amma Kopenhagendə Makronla, indi isə Putinlə görüş göstərdi ki, cənab İlham Əliyev böyük və kiçikliyindən asılı olmayaraq hər hansı bir dövlətin qarşısında tələb irəli sürürsə, Ermənistana yanaşmada olduğu kimi öz mövqeyindən bir millimetr belə geri çəkilmir. Çünki o tələb həmişə beynəlxalq hüquqa, ədalətə, indi həm də dövlətimizin yaratdığı geosiyasi reallığa və təbii ki, dəmir iradəyə dayanır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31