Uzun müddət aradan sonra La Liqaya qayıdan İspaniyanın "Ovyedo" klubu yeni çalışdırıcısının adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Luis Karrion baş məşqçi postuna gətirilib. O, ötən gün istefaya göndərilən Velko Paunoviçi əvəz edib. Karrionla bir illik - 2025/2026 mövsümünün sonuna kimi müddətə müqavilə imzalanıb.
İspaniya çempionatının 8 turundan sonra "Ovyedo"nun 6 xalı var və turnir cədvəlində 16-cı yerdədir. Sözügedən komanda La Liqanın növbəti oyununda doğma meydanda “Espanyol” ilə qarşılaşacaq.